Azərbaycanla Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb
13 Aprel 2023
Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.
Dövlət başçısının saytındakı məlumatda deyilir ki, İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
Cümə axşamı Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin rəhbəri Jelka Sviyanoviç və Azərbaycan prezidenti İlham Əliyev iki ölkənin strateji tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.
"Biz strateji tərəfdaşlar olmağa qərar verdik və əminəm ki, özümüzü bu şəkildə aparacağıq. Bu bəyannamə daha yaxşı qarşılıqlı anlaşmaya, siyasi məsləhətləşmələrə nail olmağa, iqtisadi əməkdaşlığı yaxşılaşdırmağa imkan verəcək və təhlükəsizlik sahəsində daha səmərəli əməkdaşlığın əsasını təşkil edəcək", - Sviyanoviç imzalanma mərasimində deyib.
Öz növbəsində, Əliyev qeyd edib ki, birgə iqtisadi komissiya yaradılacaq, konkret layihələr müzakirə edilib və yaxın vaxtlarda işçi qrupları konkret tədbirlər görəcəklər.
"Biz sizin ölkənizə, xüsusilə enerji sektoruna, eləcə də qonşu ölkələrdə infrastruktur layihələrinə investisiya qoymaqda maraqlıyıq. Balkanların bizim üçün böyük əhəmiyyəti var", - Əliyev deyib.
"Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir və mən əminəm ki, bu görüşdən sonra dostluğumuz daha da möhkəmlənəcək", - o vurğulayıb.