Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın xaricdəki səfirliklərilə baş vermiş insidentlər

Turan İnformasiya Agentliyi Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə bağlı insidentlərin xronikasını tərtib edib.

4 avqust 2022-ci il - «The Mahdi Servants Union»  radikal dini qruplaşmasının üzvləri Azərbaycanın Londondakı səfirliyinin binasına hücum edərək qırğın törədiblər.

16 sentyabr 2022-ci il- təcavüzkar erməni qrup Azərbaycanın Livanın paytaxtı Beyrutdakı səfirliyinə hücum edib. Kütlə səfirliyin binasına girməyə cəhd edib, ancaq təhlükəsizlik qüvvələri tərəfindən durdurulub.

18 sentyabr 2022-ci- erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər. Onların binaya giriş cəhdinin qarşısı alınıb.

2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobili atəşə tutulub. Xəsarət alan olmayıb.

30 yanvar 2011-ci il - Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayev Qahirədə kütləvi iğtişaşlar zamanı həlak olub.

30 avqust 2001-ci il - Azərbaycanın İrandakı səfirliyinin iki attaşesi Rza İbrahimov və Cəbrayıl Xanlarovun, eləcə də AzərTAc Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Üzeyir Kərimovun olduğu avtomobil Rəşt-Ənzəli avtomobil magistralında  körpüdən çaya düşüb. Hər üç sərnişin, eləcə də avtomobilin sürücüsü, İran vətəndaşı həlak olub.