Azərbaycanın peyklərindən biri kosmik tullantı ilə toqquşma nəticəsində sıradan çıxıb
20 Aprel 2023
Yerin məsafədən müşahidə peyki Azersky nəzərdə tutulmuş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
"AzərKosmos"un məlumatına görə, məlumat mübadiləsinin dayandığı peyk ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, bu, mümkün olmayıb.
"ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, Azersky peyki öz orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma nəticəsində peykin enerji təchizatının sıradan çıxmış olması ehtimal olunur", deyə məlumatda bildirilir.
2014-cü ildə orbitə buraxılan Azersky peyki Yerin müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsinə böyük töhfələr verib, ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılmasında əvəzsiz rol oynayıb. Yerin müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladığımiz tarixdən indiyədək peykdən əldə edilən iqtisadi fayda isə qoyulmuş investisiyadan 1,5 dəfə çox olub.
"Azersky peykinin missiyasını başa vurmasına baxmayaraq, Yerin müşahidəsi üzrə xidmətlərimizə davam edəcəyik. Belə ki, 2014-cü ildə "Airbus Defence and Space" şirkəti ilə imzaladığımız əməkdaşlıq sazişinə əsasən, Azersky peyki bu şirkətin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Buna görə də, adıçəkilən peyk vasitəsilə əldə etdiyimiz yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcəyik.
Eyni zamanda, məlumat vermək istərdik ki, artıq ötən il müasir texnoloji inkişafın çağırışlarına cavab verən yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə start verilib", deyə məlumatda qeyd edilir.