Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın növbəti humanitar yardımı Kahramanmaraşa çatıb

Azərbaycandan Türkiyəyə göndərilən növbəti humanitar yardım Kahramanmaraşa çatıb.

Pressklub.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

Səfir qeyd edib ki, humanitar yardıma Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet daxildir.

Ötən gün Azərbaycan XİN-in yaydığı məlumata görə, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.

Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 AZN maddi yardım ayırıb.