Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.

Yanvarın 27-də səhər saat 8:36-ya qədər terrorçu səfirliyin binasında olub və içəridə qarşıdurma yaranıb. 4 dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.

Saat 8:37-dən saat 8:44-ə kimi terrorçu avtomatla qapılara atəş açıb və kuvaltla qapını açmağa səy göstərib. Silahlı şəxs 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçu növbəti dəfə çölə çıxarılıb.

Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplanıb.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.

Başqa bir diqqət çəkən məqam çölü çəkən kameraların real vaxtdan 34 dəqiqə geri qalmasıdır. Buna görə də kameralardakı görüntülər üst-üstə düşmür. Hücumda ən çox diqqət çəkən məqam səfirlik əməkdaşının qəhrəmanlığı və polisin səhlənkarlığıdır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb. (Report)

https://www.youtube.com/watch?v=5nf9gvMON14&t=1s