Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndərilib
06 May 2026
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə əlavə olaraq 4 vaqondan ibarət çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət çəkisi 420 ton olan taxıl yola salınıb.
Gübrə və taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
***
11:21
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
4 vaqondan ibarət çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət çəkisi 275 ton olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.