Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda kino ittifaqları rəsmi şəkildə birləşdi, Rasim Balayev sədr seçildi

Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.

Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib. Onun sədrliyi təsdiq edilib.