Azərbaycanda daha 26 nəfər koronavirusa yoluxub
30 Aprel 2023
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Pressklub.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 867 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 272 nəfərdir.
Ölkədə son sutka ərzində 753, hazırkı dövrədək isə 7 590 257 test aparılıb.