Azərbaycana yük gətirən TIR-lar 30 kilometrlik tıxacda gözləyir
09 Fevral 2022
Türkiyədən Azərbaycana və Orta Asiya respublikalarına yük daşıyan TIR-lar Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsinin qarşısında uzunluğu 30 kilometrə çatan tıxacda qalıb.
Türkiyə KİV-ləri xəbər verir ki, buna səbəb gürcü tərəfinin sərhəd-keçid məntəqəsindəki kassaların sayını 6-dan 3-ə endirməsidir. Bu, sərhəd-gömrük məntəqəsinin “qış rejimində” işləməsi ilə izah edilir. Nəticədə TIR-lar Qara dəniz Sahil Yolu boyu növbəyə düzülüblər və gün ərzində cəmi bir neçə yüz metr irəli gedə bilirlər.
Bakıya gəlmək üçün 15 saatdır gözlədiyini deyən TIR sürücüsü Melih Yeşilal bildirir ki, bu müddət ərzində cəmi 500 metr irəliləyə bilib. “Bu gedişlə sərhəd-keçid məntəqəsinə 3 günə ancaq çata bilərəm. Burada növbələr əvvəl də olurdu, amma indi daha da uzanıb”, - sürücü deyir.
İstanbuldan Azərbaycana yük gətirən digər sürücü Mustafa Kemal Sancak da ötən gündən bu yana cəmi 500 metr irəlilədiyini bildirir. “Sərhəd qapısı işləmir, qarşıda sərhəd-keçid məntəqəsinə çatmaq üçün 30 kilometr yol var. Bizim buradan keçməyimiz günlər çəkəcək”, - o deyib. (virtualaz)