Azərbaycana yatırılan 300 milyard hara xərclənib?
03 May 2023
Azərbaycan Respublikasına indiyə qədər 300 milyard dollara yaxın investisiya qoyulub. Bunu mayın 2-də Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təhlilinə görə də, 2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2.7, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4.1 dəfə çoxalıb: "2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288.9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2022-ci ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2.2 dəfə artıb".
Vurğulanıb ki, 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar xarici investisiya qoyulub.
Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalara gəlincə, Mərkəzin məlumatına görə, onlar 7.2 dəfə artıb. Ümumilikdə isə 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179.5 milyard dollar həcmində investisiya yatırıldığı bildirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, sərmayələr, əsasən, neft-qaz sektoruna qoyulub. Onun sözlərinə görə, bu sərmayələr ölkə iqtisadiyyatında böyük rol oynayıb. Deputatın fikrincə, əldə edilən gəlirlərlə qeyri-neft sektoru çox yüksək tərzdə inkişaf edib.
A.Hüseynov deyib ki, həmin gəlirlərlə birinci növbədə ölkənin müdafiəsi, ordusu gücləndirilib: "Digər tərəfdən, iqtisadiyyatımızın bütün tərəflərini inkişaf etdirə bildik: turizm sektorunu, kənd təsərrüfatını inkişaf etdirdik, böyük sənaye kompleksləri, sənaye parkları, sənaye məhəllələri yarandı. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələri həyata keçirilib. Beynəlxalq Dəniz Ticarət Limanı işə salınıb, Xəzər dənizində böyük bir yükdaşıma potensialına malik gəmilər alınıb".
Komitə üzvü vurğulayıb ki, investisiyalardan gələn gəlirlərlə ölkədə yollar çəkilib, bütün infrastruktur yenilənib, ölkəni elektrik enerjisi ilə təchiz edən stansiyalar qurulub: "Qarabağda gedən bütün quruculuq işlərinin də hər biri bizim qaz və neft sektoruna yönələn investisiyalardan gələn gəlirlər hesabına həyata keçirilir".
İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, sözügedən investisiyaların böyük hissəsi xarici sərmayələrdır, neft sektoruna yatırılmışdı: "Eyni zamanda, 2003-cü ildən bu yana hər il dövlət büdcəsinin xərclərinin təxminən 50 faizi investisiya qoyuluşuna yönəlmişdi. Büdcəmiz kiçik olan zamanlar və dollar 0.78 manat olan illərdə bu rəqəm illik 9-10 milyard dollar idi".
O, yatırılan sərmayələrin effektivliyinə də toxunub: "Əsas investisiyalar yol infrastrukturuna qoyulub. İkinci yerdə isə elektrik energetika sektoruna qoyulan investisiyalardır. Burada daxili investisiyalardan söhbət gedir. Ancaq bizdə yolların vəziyyəti də məlumdur, elektrik kəsintiləri isə bu gün də baş verir".
N.Bəydəmirli deyir ki, son onilliklərdə Azərbaycanda bir çox zavodlar açılıb, sonra da bağlanıb: "İnvestisiyaların hesabına regionlarda tikilən zavod və fabriklərin açılışında prezident iştirak edirdi, bu, ənənəvi hal almışdı. Onlar bir neçə il sonra xammalın çatışmazlığı, bazar araşdırması aparılmaması, monopoliya səbəbindən səmərəsiz işləyirdi və bağlanırdı".
İqtisadçının sözlərinə görə, investisiyalar qeyri-neft sektorunun vergi artımında bir elə də hiss olunmadı: "Hazırkı statistikalarda rəqəmləri dəyişərək artım qeyd edirlər, amma bu, aldadıcı artımdır, çünki iqtisadi inkişafın əsas göstəricisi Əlavə Dəyər Vergisinin (ƏDV) artımıdır. İdxaldan olan ƏDV-nin artımı Azərbaycanda daha sürətlə artır. Son illərə qədər daxildə istehsal olunan məhsullardan ƏDV isə azalırdı. Nəticə olaraq biz xarici istehsaldan asılı olan ölkəyə çevrilməyə davam edirik. Hər hansı müəssisələr Azərbaycanda qurulursa belə, onların mütləq əksəriyyətinin xammalı və avadanlıqları xaricdən gəlir".