Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana qarşı sanksiya? - ABŞ Rusiya-İran dəmir yolu ilə bağlı "tədbir görəcəyini" vəd edir

Çərşənbə günü Dövlət Departamenti bildirib ki, Rusiya və İran arasında dəmir yolu ilə bağlı sonuncu sövdələşməni "izləyəcək və ona xüsusi diqqət yetirəcək".

Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, mətbuat katibinin müavini Vedant Patel sanksiyalardan yayınmağa yönəlmiş istənilən cəhdlərin ciddi narahatlıq doğuracağını və "ABŞ-ın tərəddüdsüz növbəti addımlar atacağını" bildirib.

Çərşənbə günü Moskva və Tehran Rəşt-Astara dəmir yolu hissəsinin - Süveyş kanalına rəqib olacağı və sanksiyaların qarşısını alacağı hesab olunan dəhlizin tikintisi haqqında saziş imzalayıblar.

"Mənim bu layihə ilə bağlı fikrim yoxdur, amma belə ciddi sanksiya rejimi tətbiq etməyimizin səbəbi var və onlardan yayınmağa yönəlmiş istənilən cəhdlər bizdə böyük narahatlıq doğurur", deyə o qeyd edib.

Xatırladaq ki, bu yol Azərbaycandan keçir və sanksiyalar Bakıya da şamil edilə bilər.