Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azərbaycan Zəngəzur və Göyçə ilə bağlı tarixi ədalətin bərpası siyasətinə başlamalıdır”

İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər hansı təklif irəli sürərsə, Bakı da buna uyğun olaraq adekvat addımlar atmalıdır.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın sərhədlərinin delimitasiyası ilə bağlı Azərbaycan tərəfinə veridiyi təklifləri şərh edərkən deyib.



Onun sözlərinə görə, İrəvanın sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı təklifləri ictimaiyyətə bəlli deyil: “Təklifi və cavabı da görmədim, amma əminəm ki, onlar ərazi bütövlüyümüzü və suverenliyimizi tanımadan demarkasiya və delimitasiyanı təklif edirlər. Belə olarsa, Azərbaycan tərəfi də adekvat təkliflərini ortaya qoymalıdır”- sabiq nazir qeyd edib.

Sabiq nazir qeyd edib ki, Azərbaycan Qərbi Zəngəzur və Göycə məsələsini qaldırmalıdır: “İrəvanın ölkəmizə qarşı ərazi iddialarına cavab olaraq Azərbaycan da Ermənistana qanunsuz olaraq verilmiş Qərbi Zəngəzur və Göyçə ilə bağlı tarixi ədalətin bərpası siyasətini həyata keçirməyə başlamalıdır”. (Paralel)