Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.

Pressklub.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

"Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, fevralın 10-da günorta saatlarında Şərqi Yerusəlimdə avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində 6 yaşlı uşaq da daxil olmaqla 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Polisin məlumatına görə, sürücü yerindəcə zərərsizləşdirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu insidentdən dərhal sonra bir sıra görüşlər keçirib, bunun ardınca hadisəni terror aktı kimi qiymətləndirib. Terrorçu Huseyn Karakanın evinin möhürlənməsi və sökülməsini əmr edib. Məlumata görə, Şərqi Yerusəlimin İsaviyə məhəlləsinin 31 yaşlı sakini Huseyn Karaka kimi tanınan terrorçu Ramot məhəlləsinin girişindəki avtobus dayanacağını partladıb.

İsrailin müdafiə naziri Yoav Qalant Şərqi Yerusəlimdə törədilən növbəti terror aktından sonra bu cinayətdə iştirak edən 87 nəfərə və onların qohumlarına qarşı sanksiyaların tətbiqi barədə göstəriş verib.