Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Ukrayna əleyhinə təbliğat aparan rus jurnalist öldürüldü - VİDEOLAR

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində baş verən partlayış nəticəsində Rusiyanın ən məşhur hərbi juranalist və təbliğatçılarından biri Vladlen Tatarski öldürülüb.

Pressklub.az “TASS”a istinadla xəbər verir ki, hadisə nəticəsində daha 30-a yaxın adam yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Partlayış “Street-bar” kafesində olub. Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik suvenir heykəl partlayıb. İddiaya görə, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.

Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb. Həmin qızın da yaralandığı və hazırda xəstəxanada olduğu bildirilir. Digər məlumata görə, hadisəni törətməkdə şübhəli bilinın qız saxlanılıb.

“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.

Digər versiyaya görə, partlayıcı qurğu əvvəlcədən kafeyə yerləşdirilib.

Qeyd edək ki, əsl adı Maksim Fomin olan Vladlen Tatarski Donetskdə doğulub və "Rus sülhü"nün əsas ideya təbliğatçılarından olub. O, qanunsuz silahlı birləşmələrinin tərkibində Ukraynaya qarşı vuruşub, ukraynalılara qarşı kəskin mövqeyi ilə seçilib və tez-tez "ukraynalıları son nəfərə qədər öldürmək" tezisini irəli sürüb.

Tatarski Qarabağ müharibəsi zamanı da Azərbaycanın əleyhinə təbliğat aparıb və ermənilərin tərəfini tutub.

[video width="1280" height="720" mp4="https://pressklub.az/wp-content/uploads/2023/04/vid_20230402_234718_867.mp4"][/video]

[video width="1280" height="720" mp4="https://pressklub.az/wp-content/uploads/2023/04/vid_20230402_234600_355.mp4"][/video]