Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib

Çərşənbə günü Düşənbədə prezidentlər İlham Əliyev və Emomali Rahmonun danışıqları zamanı Tacikistanla Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu gün Azərbaycan prezidenti Tacikistana dövlət səfərinə gedib.

Tacikistan liderinin mətbuat xidməti bildirib ki, əsas diqqət ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat və yanacaq-enerji kompleksinə yönəldilib.

Rahmon Tacikistanın neft-qaz yataqlarının işlənməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğunu bildirib.

Nəqliyyat və tranzit sahəsində Tacikistandan yük daşımalarının artırılması üçün Azərbaycanın tranzit imkanlarından fəal istifadə olunması barədə fikir mübadiləsi aparılıb.

Görüşdə təhlükəsizlik məsələləri də müzakirə olunub. Tərəflər beynəlxalq terrorizm, ekstremizm, narkotik maddələr və silahların qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə tərəfdardır.

Regional təhlükəsizliyə dair aktual problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Beynəlxalq arenada və təşkilatlar çərçivəsində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.