Azərbaycan Türkiyədən “Kaan” təyyarəsi almaq istəyir
12 May 2023
“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.
Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır. Eyni zamanda həmin ölkələr “Kaan” milli döyüş təyyarəsi ilə bağlı layihələrə də ortaq olmaq və almaq istəyirlər".
İsmail Demir “Kaan” milli döyüş təyyarəsinin 2030-cu ildə istifadəyə verilməsi nəzərdə tutulduğunu, amma daha tez də ola biləcəyini qeyd edib.
O xatırladıb ki, “Kızıl elma” PUA-sı da elan edilən tarixdən daha tez istifadəyə verilmişdi.
Qeyd edək ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-də bu texnikanın adını açıqlamışdı.