Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan təmsilçiləri "Avroviziya"da finala çıxa bilmədilər

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi keçirilib.

Pressklub.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində təşkil olunan müsabiqədə 15 ölkənin təmsilçiləri səhnəyə çıxıblar. Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında çıxış ediblər.

Səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib: Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç.

Beləliklə, Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i keçiriləcək.

Final mərhələsi isə mayın 13-də baş tutacaq.