Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: Türkiyəyə 181 min manatlıq yardım göndərilib

"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyası davam edir.

Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətindən məlumat verilib. Qeyd olunub ki, yardım kampaniyasının 3-cü mərhələsi də başa çatıb. Bu mərhələ çərçivəsində 453 128 TL həcmində Türkiyəyə yardım göndərilib.

Ümumilikdə isə 3 mərhələnin yekununda 2 023 686 TL (181 023 97 AZN) yardım olunub.