Azərbaycan prezidentinin Kəlbəcərə səfəri
02 Sentyabr 2024
Bu gün prezident İlham Əliyev Kəlbəcər rayonuna gedib.
Dövlət başçısı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Sonra Əliyev Xudavəng monastır kompleksində olub.
Həmçinin prezident Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisilə bağlı işlərlə maraqlanıb.
Daha sonra Kəlbəcərdə tikilən 524 ailəlik yaşayış kompleksinə baş çəkib.
Bundan əlavə, İlham Əliyev “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işlərilə maraqlanıb, İstisu qəsəbəsinin təməlini qoyub.