Azərbaycan Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaq
03 Fevral 2023
Fevralın 3-də prezident İlham Əliyev ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyəti verib.
Pressklub.az xəbər verir ki, Azərbaycan XİN-ə İsmayılova bu protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə AŞ baş katibinə məlumat vermək tapşırılıb.
13 nömrəli protokol bütün hallarda ölüm cəzasının ləğvini nəzərdə tutur.
1998-ci ildə Azərbaycanda ölüm cəzasının cəza tədbiri kimi Cinayət Məsuliyyətindən çıxarılması haqqında qanun qəbul edilib. Amma qanun müstəsna hallarda - müharibə zamanı cinayətlərə görə və ya müharibə təhlükəsi olduğu halda ölüm cəzasının tətbiqinə imkan verirdi.
1993-cü ildə Azərbaycan bütün ölüm hökmlərinin icrasına moratorium tətbiq edib.