Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan hərbi təyyarələri NATO-nun “ağıllı bombalar”ına inteqrasiya edilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 təyyarələri Türkiyə hərbi kompleksi tərəfindən hazırlanmış "Qanadlı naviqator" kompleksilə uğurla inteqrasiya edilib. Türkiyədə keçirilən "Anadolu qartalı -2023" təlimlərində bu sistemin köməyilə "ağıllı bombalar"ın uğurlu atışı həyata keçirilib. Bu barədə TRT dövlət telekanalının köşə yazarı Sertac Aksalın materialında deyilir.

TÜBİTAK-SAGE şirkətinin istehsalı olan "Qanadlı naviqator” idarə olunmayan ümumi təyinatlı MK-82 və MK-83 bombalarını "hava-yer" uzaq mənzilli intellektual hərbi sursata çevirir. Bu bombaların tətbiq məsafəsi adətən 10-15 kilometrdir, lakin qanadlı naviqator quraşdırıldıqdan sonra onlar yüksək hündürlükdən atıldıqda 110 kilometrədək məsafə qət edə bilər.

Türkiyə şirkətləri həmçinin Azərbaycanın Su-25 təyyarələrinin elektronikasını da modernləşdiriblər. Təyyarələrin xidmət müddətini artıraraq onları NATO standartlarına uyğun müxtəlif silah sistemlərilə birləşdiriblər, materialda deyilir.