Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan bayrağını təhqir edən üç erməni Laçında saxlanılıb - VİDEO

Bu gün "Laçın" sərhəd keçid məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç erməni saxlanılıb. Saxlanılan ermənilər Martuni (Xocavənd) futbol komandasının üzvləridir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin Turan-a verdiyi məlumata görə, bu gənclər 2021-ci ildə futbol maçı zamanı Azərbaycan bayrağını tapdalayıblar. Elə həmin vaxt Azərbaycan Baş Prokurorluğu müvafiq maddələrlə cinayət işi açıb.

Maraqlıdır ki, bu klub “Avo” adlanır – ASALA-nın məşhur terrorçusu Monte Melkonyan Qarabağda belə çağırılıb. Birinci Qarabağ müharibəsi zamanı Martuninin müdafiə komandiri məhz o idi.

Öz növbəsində, Ermənistan KİV-ləri "Laçın" sərhəd-keçid məntəqəsində bir gəncin - 22 yaşlı Alen Sarkisyanın saxlanıldığı haqqında məlumat yayıblar.

https://www.youtube.com/watch?v=-3FoPAfrurQ