Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib
21 May 2022
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü idönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi" adlı kitabı nəşr edilib.
Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən ikincisidir.
Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə kimi formalaşmasının ilkin tarixi şərtləri təhlil edilir və onun inkişafının əsas mərhələləri müəyyənləşdirilir. Əsərdə həmçinin milli hərəkatın formalaşması və təkamülü prosesi haqqında bir sıra polemik müddəalar irəli sürülür.
Əsər JekoPrint ("Kitab klubu") nəşriyyatında çap edilib. Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O doxsanadək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.