Logo
news content
User
Kateqoriyalar

Xəbər

Axtarışlar davam edir - Zəlzələ bölgəsində olan daha 9 azərbaycanlıdan xəbər yoxdur

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində ən azı 10 azərbaycanlı həlak olub. Amma bu, son rəqəm olmaya bilər.

Belə ki, Türkiyədə zəlzələ bölgəsində olan daha 9 azərbaycanlıdan hələ də xəbər yoxdur. Onların axtarışı davam edir.

Pressklub.az xəbər verir ki, bunu Xaici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi eyni zamanda, müraciətlər daxil olduqca təxliyə prosesinin davam etdiriləciyini vurğulayıb: “Ümumilikdə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilən vətəndaşların sayı 513 nəfərdir”.