Avropa Şurası Nazirlər Komitəsinin sədri Laçın dəhlizini "açmağa" çağırıb
19 Yanvar 2023
Avropa Şurası Nazirlər Komitəsinin sədri, İslandiyanın xarici işlər naziri Tordis Gilfadottir “Laçın dəhlizində bir aydırdır davam edən blokada nəticəsində Dağlıq Qarabağda yaşayan adamların humanitar vəziyyətinin getdikcə ağırlaşmasından narahatlığını” bildirib.
“Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq orqanları dəhliz boyu hərəkət sərbəstliyini operativ şəkildə bərpa etməyə çağırıram. Bütün əlaqədar tərəfləri öz problemlərini dialoq yolu ilə həll etməyə çağırıram və onların bu yöndə səylərinə əvvəlkitək töhfə verməyə hazırıq”, - Gilfadottirin bəyanatında deyilir. Bəyanatı Avropa Şurasının mətbuat xidməti yayıb.
Ötən gün Avropa Parlamenti də Laçın yolunun “açılmasına” çağırıb.
Xatırladaq ki, dekabrın 12-dən azərbaycanlı fəallar lunda separatçılar tərəfindən işlənilən qiymətli və əlvan metal yataqlarının ekoloji monitorinqi və mədənlərdə qanunsuz hasilatın dayandırılması tələbilə Laçın yolunda piket keçirirlər. Eyni zamanda, Azərbaycan tərəfi yolun mülki və humanitar yüklərin daşınması üçün açıq olduğunu bildirir. Hər gün yol ilə hər iki istiqamətdə Rusiya sülhməramlılarının, Qırmızı Xaçın onlarla maşını, həmçinin təcili yardım maşınları keçir.