
Avropa Parlamenti Ursula von der Leyenə etimadsızlıq səsverməsini rədd edib
10 İyul 2025
Avropa Parlamenti Ursula von der Leyenə etimadsızlıq səsverməsini rədd edib.
Avropa Parlamentində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə bağlı keçirilən etimadsızlıq səsverməsi müsbət nəticə verməyib.
360 parlament üzvü etimadsızlıq səsverməsinin əleyhinə səs verib, lehinə səs verənlərin sayı 175 olub, 18 nəfər isə bitərəf qalıb.