Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Parlamenti Kiyevə silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin ləğv edilməsini istəyir

Sentyabrın 19-da Avropa Parlamentinin deputatları Aİ-yə Ukraynanın Qərb silahlarından istifadə etməsinə qoyulmuş məhdudiyyətləri ləğv etmək çağırışı yer alan qətnamə qəbul ediblər.

Parlament kifayət qədər döyüş sursatı tədarük olunmamasının və onlardan istifadəyə qoyulan məhdudiyyətlərin indiyədək edilən səyləri puç etmək riski daşıdığını qeyd edir və Aİ ölkələrinin Ukraynaya ikitərəfli hərbi yardım həcminin azaldılması ilə bağlı təəssüfünü bildirir.

TAURUS raketləri də daxil olmaqla, silah, RƏM sistemləri və döyüş sursatlarının tədarükü sürətləndirilməlidir.

Qətnamədə həmçinin Aİ üzvləri Rusiya, Belarus, İran və Şimali Koreyaya qarşı sanksiyaları genişləndirməyə çağırılır.

Bundan başqa, parlamentarilər Rusiyanın Avropadakı mülkiyyətini müsadirə etməyə və əldə edilən vəsaiti Ukraynaya verməyə çağırıblar.