Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Komissiyasının Prezidenti NATO-ya rəhbərlik edə bilər

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yens Stoltenberqin gedişindən sonra NATO-ya rəhbərlik edə bilər.

Pressklub.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri mənbəyə istinadən yazıb.

Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, doqquz ildir ki, alyansa rəhbərlik edir.

“Diplomatik mənbə bildirib ki, NATO üzvü olan bir sıra ölkələr ona (Ursula fon der Leyen. - Red) bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər”, - nəşr yazıb.

Bununla belə, Böyük Britaniya fon der Leyenin Almaniya silahlı qüvvələrinin başında olan zəif göstəricilərini əsas gətirərək onun namizədliyinə veto qoya bilər.