Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı Rusiyanı çökdürür: Beşinci sanksiya paketi açıqlandı

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyi məlum olub.

Yeni sanksiyaların müddəalarını Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıqlayıb.

O, Twiter səhifəsində yazıb:

“Rusiya Ukraynanın dinc əhalisinə qarşı qəddar, amansız müharibə aparır. Bu gərgin məqamda təzyiqləri davam etdirmək lazımdır. Bu gün beşinci sanksiyalar paketini təklif edirik.

Beləliklə:

- Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulmasını,

- Rusiyanın 4 əsas bankı, o cümlədən Rusiyanın ikinci ən böyük bankı olan VTB ilə tam əməliyyat qadağası qoyulmasını,

- Rusiya və Belarus gəmilərinin Avropa İttifaqı ölkələrinin limanlarına çıxışının yasaqlanmasını,

- Rusiya və Belarusdan 10 milyard avro dəyərində yarımkeçirici, maşın və nəqliyyat avadanlığının idxalının qadağan olunmasını,

- Rusiya və Belarus nəqliyyat şirkətlərinin işləməsinə qadağa qoyulmasını,

Aİ dövlət alışlarında Rusiya şirkətlərinin işləməsi və Rusiya dövlət orqanlarına istənilən maliyyə yardımı göstərilməsinin qadağan edilməsini təklif edirik”.