Avropa İttifaqı İran inqilab keşikçilərini qadağan edəcəkmi?
23 Yanvar 2023
Avropa İttifaqı İran İnqilab Keşikçiləri Korpusunu (İİKK) hələki terrorçu təşkilatlar siyahısına sala bilməz.
Aİ xarici siyasət idarəsinin başçısı Jozep Borrel (Josep Borrell) yanvarın 23-də deyib ki, bunun üçün Avropa İttifaqı məhkəməsinin qərarı lazımdır.
İki Avropa diplomatının Reuters agentliyinə dediyinə görə Aİ xarici işlər nazirləri İranda insan haqları pozuntuları ilə bağlı 37 fərd və vahidin blokun qara siyahısına salmağa hazırlaşırlar.
Avropa Parlamenti İranda insan haqlarının pozulması və repressiyalara, habelə Rusiyaya dron satışına görə İran İnqilab Keşikçiləri Korpusunun terrorçu təşkilat kimi tanınmasına çağırış edən qətnamə qəbul edib.
Lakin İttifaqın xarici işlər komissarı Jozep Borrel deyib ki, belə qərarlar məhkəmə hökmü olmadan qəbul edilə bilməz:
“Sən deyə bilməzsən ki, “səndən xoşum gəlmədiyinə görə səni terrorçu hesab edirəm””.
O əlavə edib ki, Aİ-yə üzv olan istənilən ölkənin məhkəməsi belə bir hökm verdikdən sonra İİKK terrorçu təşkilat siyahısına salına bilər.
İİKK 1979-cu il İslam inqilabından az sonra, nizami ordudan əlahiddə olaraq ölkənin şiə ruhani sisteminin mühafizəsi üçün yaradılıb.
İİKK-nin ordusunda, dəniz və hava donanmalarında 125 min hərbi qulluqçu var.
Hərbiləşdirilmiş könüllü dini Bəsic kommandosları da İİKK-nin tabeçilyindədir.
İranda etirazlara divan tutan əsas təşkilat da elə Bəsic qruplaşmasıdır.
Lakin Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) deyib ki, Avropa İttifaqı İİKK-nin sanksiyalar siyahısına salınması məsələsini müzakirə etməlidir:
"Biz İranda ölkənin öz əhalisinə qarşı olan qəddar rejim görməkdəyik. İran rejimi, İnqilab Keşikçiləri ölkə əhalisini hər gün terrorizə edir”.
Reuters yazır ki, Aİ-y üzv ölkələr və İran arasında münasibətlər 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün aparılan danışıqlar dalana düşəndən bəri pisləşib.
Bundan başqa Tehran bir neçə Avropa İttifaqı vətəndaşını saxlayıb.
İran habelə Ukraynaya qarşı səbəbsiz müharibə aparan Rusiyaya kamikadze dronları verir.

“Səndən xoşum gəlmir deyə…”

“Öz əhalisini terror edən rejim”