"Arzu" zibilliyə göndərildi - VİDEO
27 May 2022
Dünyanın ən böyük təyyarəsi olan An-225 "Mriya" (“Arzu”) sonradan utilizasiya üçün Qostomel hava limanından aparılıb.
“Ukroboronprom” konserni fevralın 28-də xəbər vermişdi ki, Rusiyanın atəşə tutması nəticəsində dünyanın ən böyük An-225 “Mriya” yük təyyarəsi Kiyev yaxınlığındakı Qostomel aerodromunda məhv edilib.
An-225 "Mriya" 1980-ci illərdə Sovet Dizayn Bürosunda hazırlanıb, yükgötürmə qabiliyyətinə görə ən böyük uzun mənzilli turboreaktiv nəqliyyat təyyarəsidir. Baş konstruktor Peter Balabuev və konstruktor Viktor Tolmaçevin rəhbərliyi altında Ukraynanın "Antonov" dövlət müəssisəsində yığılıb. “Mriya” dünyanın ən böyük və ən ağır yük təyyarəsidir. O, ilk uçuşunu 21 dekabr 1988-ci ildə edib və 1989-cu ildən fəaliyyət göstərib. An-225 təyyarəsinin yalnız bir nüsxəsi hazırlanıb, SSRİ-nin dağılması nəticəsində ikinci başa çatdırılmayıb.