Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Arximed”lərin yarışında “Yeni Texnologiyaların İnkişafına Dəstək” ictimai birliyinin əməkdaşları qalib oldu

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyinin əməkdaşları “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyinin sədri Ceyhun Xəlilov  və Ruslan Hacıömərov 19-21 mart 2024 cü il tarixlərdə Moskvada keçrilən XXVII “Arximed” Beynəlxalq İxtiralar və İnnovativ Texnologiyalar yarışında ölkəmizi uğurla təmsil edərək yarışın qalibi olmuş, ixtiraları qızıl medala laiq görülmüşdür.

Ümumi elmi-texniki ictimaiyyətə 600-ə yaxın innovativ layihə və ixtira nümayiş etdirən XXVI Salonda Rusiya Federasiyası və digər xarixci ölklərdən toplam 221 təşkilatın nümayəndəsi iştirak edib, onlardan 198-i xarici müəlliflər və patent sahibləri tərəfindən ibarət olub.

Tədbirin tərəfdaşlarından United Engine Corporation ASC və Dünya İxtira və Əqli Mülkiyyət Assosiasiyası (WIPO) bildirir ki, Moskva Beynəlxalq “Arximed” salonu Rusiyada və xaricdə ixtiraçılıq və patent-lisenziya fəaliyyətinin inkişafına kömək məqsədi ilə bundan sonrada hər il keçiriləcək.