Logo
news content
User
Kateqoriyalar

Xəbər

Armen Qriqoryan və Coşua Hak Bakı ilə İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesini müzakirə edib.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə A.Qriqoryan sosial şəbəkə hesabında məlumat verib.

Danışıqlar zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.

Bundan başqa, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub.