
Araqçı Rusiyaya səfərə hazırlaşır
14 Aprel 2025
İranın xarici işlər naziri Abbas Araqçı bu həftə sonu Rusiyaya səfər edəcək.
TASS xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai açıqlayıb.
Onun sözlərinə görə, səfər zamanı bir sıra məsələ ilə yanaşı, Omanda İran və ABŞ arasında keçirilən danışıqlar mövzusunda da konsultasiyalar həyata keçiriləcək.