Antonio Koşta ilk dəfə Azərbaycana səfər edəcək
07 Mart 2026
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək və bu, onun Bakıya ilk səfəri olacaq.
Bu barədə Aİ Şurasının başçısının ofisindən bildirilib.
"Səfər regional xarakter daşımır. Bu, Aİ Şurasının başçısının Azərbaycana ilk rəsmi səfəridir", - Koştanın ofisindən qeyd ediblər.