ANS PRESS qayıtdı
17 Fevral 2023
2016-cı ildə qapadılan ANS PRESS fevralın 16-dan etibarən yenidən fəaliyyətə başlayıb.
Pressklub.az xəbər verir ki, sayt əvvəlki domenlə fəaliyyətə qayıdıb və xəbərləri müntəzəm yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının fevralın 16-dan etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.
Şirkətdən yaxın saatlardan bununla bağlı açıqlama veriləcəyi bildirilib.
Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan bir müddət sonra fəaliyyətini dayandırmışdı.