Logo
news content
User
Kateqoriyalar

Xəbər

Amerikadan Ukraynaya 2 milyard dollarlıq daha bir yardım paketi

Bu gün ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.


Pressklub.az xəbər verir ki, bu barədə "The Washington Post"a Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.


Kirbi, təfərrüatlara varmasa da, paketdə " ukraynalıların artıq malik olduqları sistemlər üçün lazım olan sursatlar olacaq" deyib.


Xatırladaq ki, ABŞ-ın Ukraynaya son hərbi yardım paketi fevralın 24-də - müharibənin ildönümündə elan edilib.


Ümumi dəyəri 2 milyard dollar olan növbəti paketə pilotsuz uçuş aparatları, PUA əleyhinə və elektron müharibə avadanlığı, kritik artilleriya sursatları və dəqiq atəş silahları daxildir.


2022-ci ilin fevralından bəri ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği artıq 30 milyard dolları ötüb.