Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya rəsmi şəkildə Ukraynaya "Leopard" tankları göndərməyə razılıq verdi

Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləyib.

“Bloomberg” xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts açıqlama verib.

Onun sözlərinə görə, ölkəsi Kiyevə 14 “Leopard 2” tankı göndərəcək. Üstəlik, Almaniya müttəfiqlərə Ukraynaya bu tankların göndərilməsi üçün icazə verəcək.

“Bu qərar imkanlarımız çərçivəsində Ukraynaya məlum dəstək xəttimizə uyğundur”, - O.Şolts vurğulayıb.

Qeyd edək ki, Almaniyadan savayı İspaniya (53), Niderland (18), Polşa (14), Portuqaliyanın (4) Ukraynaya "Leopard" tankları verəcəyi dəqiqləşib. Bundan əlavə, İsveç, Norveç, Finlandiya da Ukraynaya tank göndərmək niyyətindədirlər.

Böyük Britaniya Ukraynaya 14 ədəd "Çellencer" tankı göndərəcək. Fransa AMX-10RC təkərli tankları verir və ağır tırtıllı "Leclerc" tankları da göndərə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə deyib ki, “Leopard 2” tankları Ukraynaya təxminən 3 aya çatdırıla bilər.

O bildirib ki, əvvəlcə Ukrayna hərbçiləri həmin tanklardan istifadəni öyrənməlidirlər.

Nazir “Leopard 2” tanklarının Ukraynaya tədarükünə dair qərarın tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Müharibə davam etdikcə Almaniyanın Ukraynaya silah tədarükü davam edəcək”.