"Alman elitasının şok vəziyyəti..." - Fransız politoloq detalları açdı
10 Aprel 2022
Almaniya, Fransa və Avropa İttifaqının digər ölkələri nəyin bahasına olursa olsun, Rusiyadan enerji xammalının alınmasına qadağa qoymalıdırlar, çünki bu kimi tədbirlər Avropanın gələcək geosiyasi inkişafı üçün zəruridir.
Fransız politoloq Kristof Buyo beynəlxalq aləmdəki vəziyyəti təhlil etdərkən bu qənaətə gəlib.
“Atlantico” xəbər agentliyinə müsahibəsində Buyo Berlinin Moskva ilə əməkdaşlıq qurarkən nəyi səhv saldığını ətraflı şəkildə izah edib, həmçinin alman elitasının Rusiyanın hərəkətlərinə görə niyə şok vəziyyətində olduğunu izah edi:
“Strateji düşünsək, mənə aydın görünür ki, indi hərəkətə keçməliyik. Avropalılar mümkün qədər tez qərar verməlidirlər ki, Rusiyadan enerji də daxil olmaqla bütün idxalı, və yaxud bütün ixracı tamamilə dayandırsınlar”.
Buyo hesab edir ki, Avropanın yalnış xarici siyasəti səbəbindən alman elitası şok vəziyyətindədirlər, çünki onlar Rusiya ilə əməkdaşlıqdan tez və effektiv şəkildə imtina edə bilmirlər. Moskvanın Ukraynanı denasifikasiya etmək üçün "xüsusi əməliyyata" başlamaq qərarı Avropa İttifaqını təəccübləndirdi və Berlin Qərb tərəfdaşlarının təklif etdiyi siyasətə əməl etməyə çalışaraq öz xarici siyasət maraqlarını pozmalı olur.