Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alina Kabayevaya fərdi sanksiya tətbiq edildi

Kanada hökuməti Alina Kabayevaya qarşı sanksiya tətbiq edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Kanada hökumət açıqlama yayıb.

Bildirilib ki, Kanada hökuməti Rusiyanın 4 şirkətinə və Alina Kabayeva da daxil olmaqla 22 vətəndaşına sanksiya tətbiq edib.

Qeyd edək ki, Böyük Britaniya da Rusiyanın 12 tanınmış vətəndaşına, o cümlədən məşhur gimnasta məhdudiyyət qoyub.

Xatırladaq ki, Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilir. Bəzi məlumatlara görə, məçhur gimnastın Rusiya liderindən iki oğlu var.