Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alimpaşa Məmmədovun qarajından 42 avtomobil çıxıb

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Alimpaşa Məmmədovun Şəmkir RİH-də yaratdığı fondla bağlı ifadəsi dinlənilib.

Məlum olub ki, rayonda iş qurmaq istəyən sahibkarlar A.Məmmədovun yaratdığı fonda rüşvət qismində külli miqdarda vəsaitlər verib. Rüşvət qismində pullar icra başçısının köməkçisi Mahir Əliyev vasitəsilə A.Məmmədova çatdırılıb.

Daha sonra hakim Alimpaşa Məmmədovdan 42 avtomobili necə əldə etdiyini soruşub. A.Məmmədov bildirib ki, avtomobilləri ona hədiyyə ediblər. Bu zaman hakim "həmin adamsan, bəs indi niyə sənə hədiyyə vermirlər?", - deyə bildirib. Sabiq başçı sualı cavabsız qoyub.

Növbəti məhkəmə prosesi 17 yanvarda keçiriləcək.

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.