Akar Yunanıstana xəbərdarlıq etdi
03 May 2022
Yunanıstan Egey və Aralıq dənizlərində Türkiyəyə qarşı təxribat xarakterli hərəkətlərini və ritorikasını inadla davam etdirir. TRT-nin məlumatına görə, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
“Hüquqlarımızın, eləcə də Kiprdəki qardaşlarımızın hüquqlarının tapdanmasına icazə verməyəcəyik. Yunanıstan müxtəlif bəhanələr, o cümlədən beynəlxalq təlimlər adı altında hər dəfə ölkəmizə qarşı addımlar atır. Biz buna heç vaxt imkan verməyəcəyik”.
Qeyd edək ki, mayın 9-dan 20-dək Yunanıstanda NATO-nun “Tiger Meet” təlimlərinin keçirilməsi planlaşdırılır. Bundan əvvəl Türkiyə Afina ilə fikir ayrılığına görə təlimdə iştirakdan imtina etmişdi.