Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ailə sürprizləri", yoxsa seçki taktikası?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd verdiyi bəzi sürprizlərin təfərrüatı ortaya çıxıb.

Bu barədə “A Haber” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, hazırda üç istiqamət üzərində iş aparılır:

“Ailə hesabı”nın yaradılması - Yeni evlənən cütlüklərin məişət əşyaları və bənzəri xərcləri rahatlıqla etmələri üçün dövlət bankları 250 min lirə (22 min manat) civarında sərfəli faizlə kredit verəcək. Kreditlər üçün 2-3 il güzəştli dövr, daha sonra isə 10 il ödəmə müddəti tətbiq olunacaq.

Vətəndaşlıq fondu - Uşaqlar dünyaya gəldikdən sonra dövlət hər ay onlar üçün fonda 100 və ya 200 lirə yatıracaq. Yaşı 18-dən yuxarı olan hər kəs müəyyən şərtlər daxilində onun üçün yığılan pulu çıxara biləcək. Bu, müəyyən mənada “vətəndaşlıq maaşı” kimi olacaq. Ümumiyyətlə, toplanan pulların universitet təhsilində istifadə formuluna diqqət yetirilir.

Gənclər üçün bayram bonusu - Universitet tələbələrinə təqaüdçülər kimi ildə iki dəfə - dini bayramlarda bayram bonusu veriləcək. Universitet tələbələrinə “tətil pulu” adı altında veriləcək pulun 1000 TL civarında olması nəzərdə tutulur.