AİHM Azərbaycan üzrə 4 qərarı elan edib
02 Mart 2023
Martın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan ərizələr üzrə 4 yekun qərarı elan edib. Bu barədə Turan-a Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
“Orxan Əyyubzadə Azərbaycana qarşı” işində ərizəçi Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrilə hüquqlarının pozulduğunu bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsi 5-ci maddə hüquqların pozulduğunu tanıyıb və ərizəçiyə 7500 avro və məhkəmə xərcləri üçün 1700 avro kompensasiya ödənilməsini qərara alıb.
Ərizəçi 2013 və 2014-cü illərdə hökumət əleyhinə tədbirlərdə iştirakına görə inzibati həbslərdən şikayətlənib.
2014-cü ildə inzibati həbs başa çatdıqdan sonra azadlığa buraxılmayıb, "dövlət qulluqçusuna qarşı zorakılığa" görə cinayət məsuliyyətinə cəlb edilib və 2 il azadlıqdan məhrum edilib. 2015-ci ildə əfv olunub.
"Əfqan Muxtarlı və Gülağa Aslanlı Azərbaycana qarşı" işində ərizəçilər etiraz aksiyasına qədər saxlanmadan və xuliqanlığa görə cərimələnməkdən şikayətləniblər.
İkinci ərizəçi həm də sərbəst toplaşmaq hüququnun pozulmasından şikayət edib.
Avropa İnsan Hüquqları Məhkəməsi bu işdə hər iki ərizəçi ilə bağlı azadlıq və şəxsi toxunulmazlıq (maddə 5.1) və ədalətli məhkəmə araşdırması hüquqlarının (maddə 6) pozulduğunu tanıyıb.
Məhkəmə Aslanla bağlı sərbəst toplaşmaq hüququnun pozulduğunu da tanıyıb.
Qərara əsasən, hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 3000 avro, məhkəmə xərclərinə görə 1000 avro ödəməlidir.
“Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (İREX) Azərbaycana qarşı” işində ərizəçi İREX beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycandakı nümayəndəliyidir.
Ərizə bu qeyri-hökumət təşkilatının ofisində qanunsuz axtarış və bütün sənədlərin, kompüterlərin götürülməsilə bağlıdır. Ərizəçi bank hesabının qanunsuz dondurulmasından da şikayət edib.
Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, bank hesablarının həbsi, habelə təşkilatın əmlakının axtarışı və həbsi Konvensiyanın 8-ci maddəsilə zəmanət verilən şəxsi həyata hörmət hüququnu pozub. Hökumət ərizəçiyə 5900 avro təzminat ödəməlidir.
Digər bir işdə hökumət və altı ərizəçi dostca anlaşıblar və hökumət onlara təzminat ödəməlidir:
Ağababa Cəfərov, Səxavət Nəsibov, Ruslan Əmirov və Rəfael Hüseynzadənin hər birinə 2300 avro mənəvi zərər əvəzi və ümumilikdə 2200 avro xərc, məsrəf əvəzi ödənilməlidir.
Daha bir ərizəçi Füzuli Hüseynova 2250 avro məbləğində mənəvi zərər, 600 avro məbləğində xərc, məsrəf əvəzi ödənilməlidir.
Həmin iş üzrə ərizəçi Şahin Məhərrəmli mənəvi ziyana görə 2150 avro, məhkəmə xərcləri üçün 700 avro alacaq.
Bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və sərbəst toplaşmaq hüquqlarının pozulmasından şikayət ediblər.