Aİ-nin Bakıdakı səfirinin imzası saxtalaşdırılmaqla 1 milyon mənimsənilib?
12 May 2023
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun imzasının saxtalaşdırıldığı, təşkilatın Bakı nümayəndəliyindən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi iddia olunur. Mənimsəmədə suçlanan isə 15 il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi işləmiş Zərifə Abbasovadır. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Mayın 11-də məhkəmədə prokuror ittiham aktını elan edəndə məlum olub ki, Abbasova səfirlə yanaşı, nümayəndəliyin daha bir diplomatının möhür və imzasından istifadə edərək 983 min manat vəsaiti ələ keçirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, təşkilatın mühasibi aylıq hesabatları saxtalaşdırıb, orada rəqəmləri fərqli göstərib.
Abbasovanın təşkilatın pullarını özünün maaş kartına köçürdüyü, bu yolla ümumilikdə 983 min manatı mənimsədiyi iddia olunur.
Keçmiş mühasib xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə ittiham olunur. Ona ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məhkəmədə prokurorun elan etdiyi ittihama münasibət bildirən Abbasova deyib ki, özünü qismən təqsirli bilir. O bildirib ki, işlədiyi quruma məxsus vəsaitlərdən cəmi 50 min manat mənimsəyib və buna görə özünü günahkar sayır. İttihamda göstərilən qalan məbləğin mənimsənilməsi hissəsində özünü təqsirli bilmir.
Amma Abbasova bu haqda ətraflı danışmayıb. Deyib ki, hazırda səhhətindəki problemlər üzündən ətraflı ifadə verə bilmir.
Vəkili də məlumat verib ki, o, xəstəxanada müalicə olunurdu, mayın 8-də evə buraxılıb, hazırda ambulator şəraitdə müalicə alır. Vəkil Abbasovaya hazırlaşmaq üçün iki həftə vaxt verilməsini istəyib, məhkəmə də razılaşıb.
Abbasova hazırda həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Özünü qismən təqsirli bilir