“Aİ-92”ni baha alıb ucuz, “Aİ-95”i isə ucuz alıb baha satırıq - Rəqəmlər
20 May 2022
Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrdən Azərbaycana 50 min 442,6 ton “Aİ-92” markalı benzin idxal olunub. İdxal olunan benzinin gömrük dəyəri 52 milyon 389,9 min dollar olub.
1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 79 sent və ya mövcud məzənnə (1 dollar/ 1,7 azn) ilə hesablandığı zaman 1,34 manata bərabər olur.
Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə, gömrük dəyəri isə 22 dəfə artıb.
Belə ki, ötən ilin ilk 3 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib.
Nəticədə ötən ilin ilk 3 ayında ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.
“Aİ-92” markalı benzinin idxalındakı kəskin artım bu ilin mart ayında qeydı alınıb:
Bu ilin ilk 3 ayında ölkədə benzin istehsalı 329,1 min ton olub və bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir.
Məlumat üçün bildirək ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən (SOCAR) çıxış qiyməti (şirkətdaxili tarif) qeyd olunur. Hazırda 1 litr “Aİ-92” markalı benzinin şirkətdaxili qiyməti 53 qəpiyə bərabərdir.
Onu da bildirək ki, “Aİ-92” markalı benzin pərəkanda bazara daxil olana kimi şirkətdaxili qiymətin üzərinə müxtəlif vergi və rüsumlar əlavə olunur.
Hazırda “Aİ-92” markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42% aksiz vergisi (22,3 qəpik) və 1,3 qəpik təchizat (daşınma) tarifi əlavə olunur.
Nəticədə satışa çıxarılan 1 litr benzinin şirkətdaxili qiyməti rüsumlar və təchizat xərclərilə birgə 76,6 qəpik olur.
Topdansatış məntəqəsində “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti üzərinə ƏDV (13,8 qəpik) əlavə edildikdən sonra 90,4 qəpiyə satılır. Bundan sonra topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə “Aİ-92” markalı benzinin 1 litri 1 manata satılır.
İdxal olunan benzinlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Aİ-95” markalı benzinin gömrük dəyəri daha aşağı olub.
Belə ki, bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 22 milyon 322,97 min dollar dəyərində 23 min 229,35 ton “Aİ-95” markalı benzin idxal edilib. İdxal olunan 1 litr “Aİ-95” markalı benzinin gömrük dəyəri 73 sent və ya 1,25 manat olub.
Rəqəmlərdən də föründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,34 azn) alıb ucuz (1 azn), “Aİ-92” markalı benzini isə ucuz (1,25 azn) alıb, baha (1,6 azn) satırıq.

Miqdarı (ton) | 1 litrin gömrük dəyəri (azn) | |||||
Yanvar | Fevral | Mart | Yanvar | Fevral | Mart | |
2021 | - | - | 4 995,64 | - | - | 0,62 |
2022 | 4 836,46 | 2 296,08 | 43 310,07 | 1,08 | 1,53 | 1,37 |
Bu ilin ilk 3 ayında ölkədə benzin istehsalı 329,1 min ton olub və bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir.
Miqdarı ( min ton) | |||
Yanvar | Fevral | Mart | |
2021 | 86,2 | 62,7 | 98,5 |
2022 | 121,4 | 103,7 | 104 |