Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Aİ-92" benzini ilə bağlı vacib məlumat

Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək.

Bunu mediaya açıqlamasında Heydər Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.

Zavod tam istismara verildikdən sonra daxili bazar “Avro 5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək. Emil Alxaslının sözlərinə görə yenidənqurma işləri ilə bağlı hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb. Qeyd edib ki, buna baxmayaraq daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq.