
Ağdərədə 46 yaşlı kişi minaya düşüb, ayağı amputasiya olunacaq
10 İyul 2025
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Pressklub.az-ın məlumatına görə, minya düşən şəxs Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğludur. O, rayonun Həsənqaya adlı ərazisində mal-qara otararkən minaya düşüb.
TƏBİB-dən bildirilib ki, Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata əsasən, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.