Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdamda mina partlaması nəticəində kənd sakini xəsarət alıb

Ağdamda mina hadisəsi baş verib.

Hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.