Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağalı sakinləri hazırdır: Qayıdış nə vaxt başlayır? - VİDEO

Ağalı kənd sakinləri qayıdışa hazırlaşırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib.

Videoçarxın qəhrəmanları kəndin sakinləri Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, respublikamızda ilk dəfə “ağıllı kənd” layihəsi burada icra olunur.

Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş keçmiş məcburi köçkünlər daimi məskunlaşacaqlar.